Türkiyənin İctimai Səhiyyə üzrə mütəxəssislərinin Azərbaycana səfəri

Türkiyə Cümhuriyyətinin Halk Sağliği Genel Müdürlüğünün genəl müdiri Prof. Dr. Sedat Kaygusuzun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfərin məqsədi Azərbaycan Respublikasının malyariyadan “azad ölkə” statusu almaq sahəsindəki təcrübəsini öyrənmək, bu sahədə görülmüş işlərlə yaxından tanış olmaqdır.

Səfər çərçivəsində qardaş ölkənin nümayəndə heyəti Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyi və müvafiq şöbələrin əməkdaşları ilə görüşlər keçirib.

 Rayonlarda malyariyadan azad ölkə statusunun qorunub saxlanması üçün aparılan işlərlə tanış olmaq məqsədilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzinə səfər edilib.

Əməkdaşlarımız Azərbaycanda bu sahədə görülmüş işlər barədə qonaqlara  geniş məlumat vermiş, fikir və təcrübə mübadiləsi aparılıb.