Ümumdünya Antimikrob  Maarifləndirmə Həftəsi (WAAW) çərçivəsində Milli Konfrans keçirilib

21-23 noyabr 2023-cü il tarixlərində  Ümumdünya Antimikrob Maarifləndirmə Həftəsi (WAAW) çərçivəsində “İnfeksiyanın profilaktikası və İnfeksion nəzarət (İPİN),  Vahid Sağlamlıq və Antimikrob preparatlara davamlılığın (AMR)  nəzarət  proqramları  antimikrob dərman vasitələrinə qarşı rezistenliyi azaltmaq məqsədilə birlikdə işləyir” mövzusunda Milli Konfrans keçirilib.

Konfransda beynəlxalq  mütəxəssislər qrupu, Türkiyə, Qazaxıstan, Gürcüstanın proqram üzrə  məsul şəxsləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta  üzrə Dövlət Agentliyi, digər qurumların nümayəndələri və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislər qrupu da iştirak edib.

Tədbirdə iştirakçıların təqdimatları dinlənilmiş, panel müzakirələri aparılıb.