Ümumdünya Antimikrob Maarifləndirmə Həftəsi (WAAW) çərçivəsində Milli Konfrans keçirilib
Ana səhifə › Xəbərlər › Ümumdünya Antimikrob Maarifləndirmə Həftəsi (WAAW) çərçivəsində Milli Konfrans keçirilib
Ümumdünya Antimikrob Maarifləndirmə Həftəsi (WAAW) çərçivəsində Milli Konfrans keçirilib
Noy 27, 2023 461 Views
21-23 noyabr 2023-cü il tarixlərində Ümumdünya Antimikrob Maarifləndirmə Həftəsi (WAAW) çərçivəsində “İnfeksiyanın profilaktikası və İnfeksion nəzarət (İPİN), Vahid Sağlamlıq və Antimikrob preparatlara davamlılığın (AMR) nəzarət proqramları antimikrob dərman vasitələrinə qarşı rezistenliyi azaltmaq məqsədilə birlikdə işləyir” mövzusunda Milli Konfrans keçirilib.
Konfransda beynəlxalq mütəxəssislər qrupu, Türkiyə, Qazaxıstan, Gürcüstanın proqram üzrə məsul şəxsləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər qurumların nümayəndələri və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislər qrupu da iştirak edib.