Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı ADA Universitetində tədbir keçirilib

Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Nümayəndiliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə ADA Universitetində beynəlxalq konfrans keçirilib.

Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, elm və təhsil ocaqlarının rəsmi şəxsləri, ekspertlər ilə yanaşı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mütəxəssisi O.Səlimov və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun müavini S.Nəcəfova da iştirak edib.

Tədbir zamanı “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” mövzusunda RGEM-in nümayəndəsi panel müzakirədə iştirak edib.