Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisi tərəfindən istiqamətverici seminar keçirilib
Ana səhifə › Xəbərlər › Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisi tərəfindən istiqamətverici seminar keçirilib
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisi tərəfindən istiqamətverici seminar keçirilib
Fev 14, 2023 321 Views
9-10 fevral tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin texniki ekspertləri tərəfindən “Birgə Xarici Qiymətləndirmə” mövzusunda istiqamətverici seminar keçirilib.
Seminarda Səhiyyə Nazirliyi, Respublika GEM, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, TƏBİB, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak ediblər.
Seminarda ölkəmizdə aparılması planlaşdırılan Birgə Xarici Qiymətləndirmə (BXQ) missiyasına hazırlıq məşğələləri keçirilib.
Məşğələlərin əsas məqsədi Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) çərçivəsində iştirakçılarla çoxsahəli müzakirələr aparmaqla BXQ prosesinin sistemli şəkildə icrası prosesinə start vermək olub.
BXQ ictimai səhiyyədə fövqəladə hallara hazırlıq konsepsiyası əsasında 19 texniki istiqamətdə aparılacaq.
Qeyd edək ki, yerli və xarici ekspertlər tərəfindən keçiriləcək olan BXQ ölkənin fövqəladə hallara hazırlıq vəziyyətini və mövcud səhiyyə sisteminin mənfi və müsbət tərəflərinin aydınlaşdırmağa kömək edəcək.