UST ekspertləri Azərbaycanda

Ölkəmizin malyariyadan azad ərazi kimi Ümumdünya Səhiyyə Təşkilatının rəsmi sertifikatının alınması üçün intensiv hazırlıq işləri həyata keçirilməkdədir.

 

Aparılmış səmərəli tibbi-profilaktik tədbirlər nəticəsində 2012-ci ildən indiyədək ölkəmizdə malyariya xəstəliiyinin yerli yoluxma hadisələri qeydə alınmamışdır.

Bununla əlaqədar olaraq ölkəmizin malyariyadan azad ərazi kimi Ümumdünya Səhiyyə Təşkilatının rəsmi sertifikatının alınması üçün intensiv hazırlıq işləri həyata keçirilməkdədir.

Bu ilin 16-20 iyun tarixlərində ölkəmizdə səfərdə olmuş Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri  Şəki, Qax və Sabirabad rayonlarında malyariya xəstəliyinin yenidən baş verməsinin qarşısını  almaq üçün Səhiyyə orqanları tərəfindən həyata keçirilən profilaktik tədbirlərin vəziyyəti  ilə tanış olmuş və müvafiq tövsiyələr vermişlər.