ÜST-nin dəstəyi ilə “Sanitar-epidemioloji təhlükəsizlik sahəsində mülki-hərbi əməkdaşlıq” mövzusunda görüş keçirilib

19-20 oktyabr 2023-cü il tarixlərində ÜST-nin dəstəyi ilə “Sanitar-epidemioloji  təhlükəsizlik sahəsində mülki-hərbi əməkdaşlıq” mövzusunda iki günlük görüş keçirilib.

Görüşdə Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, TƏBİB və RGEM-nin nümayəndələri iştirak edib. Tədbirdə ÜST, Səhiyyə və Müdafiə nazirlikləri arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə hazırlanmış “Səhiyyə sahəsində fövqəladə hallara hazırlığı gücləndirmək üçün Milli mülki-hərbi Səhiyyə Əməkdaşlığı” təlimat sənədini və sektorlararası potensialın müqayisəli təhlili metodunu təqdim edib.

Tədbir zamanı  Mülki-hərbi boşluqları və ehtiyacları müəyyən etmək və səhiyyədə fövqəladə hallara hazırlığı gücləndirmək üçün mülki-hərbi əməkdaşlığın inkişaf etdirilməsində nəzərə alınmalı prioritet tədbirlər müzakirə edilib.