ÜST-nin dəstəyi ilə Alma-Ata şəhərində subregional seminar keçirilib
Ana səhifə › Xəbərlər › ÜST-nin dəstəyi ilə Alma-Ata şəhərində subregional seminar keçirilib
ÜST-nin dəstəyi ilə Alma-Ata şəhərində subregional seminar keçirilib
Okt 31, 2024 34 Views
22-24 oktyabr 2024-cü il tarixlərində Qazaxıstan Respublikasının Alma-Ata şəhərində insan, heyvan və ətraf mühitin sağlamlığı ilə əlaqəli epidemik təhlükə törədə bilən zoonoz xəstəliklərin müşahidəsi və nəzarəti üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə subregional seminar keçirilib.
Seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iștirak ediblər.
3 gün davam edən tədbir ərzində Azərbaycan Respublikası ilə yanașı Qazaxıstan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan ölkələrinin nümayəndələri də Vahid Sağlamlıq çərçivəsi mövzusunda öz ölkələrinin təcrübələrini bölüșüblər.