ÜST-nin nümayəndələri Respublika GEM-də görüş keçirib

15 noyabr 2023-cü il tarixində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti RGEM-in bakterioloji laboratoriyasında həkim-mikrobioloqlarla görüş keçirib.

Görüş zamanı antibiotiklərin həssaslıq müayinələri müzakirə olunub. Həkim mütəxəssislər ÜST nümayəndələrini  mövzu ilə bağlı olan suallarını əhatəli şəkildə cavablandırıb, laboratoriyanın iş şəraiti ilə tanış  edib, cihazların iş prinsipi ilə baglı məlumatlar verib.