29.04.2022-ci ildə Göyçay rayonunda Yeni Azərbaycan Partiyasının akt zalında məktəbəqədər və təhsil müəssisələrinin işçi heyəti,, müəllim və həkimlərin iştirakı ilə seminar keçirilmişdir. Seminarda Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili; Uşaqların icbari dispanserizasiyası haqqında; Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında; Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, şagird yerləri və təminat normativləri barəsində; Gənclərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində tədbirlər, məktəblilər arasında travmatizmin profilaktikası, narkomaniya, alkoqolizm və tütünçəkmənin zərərləri barədə sanitariya-maarifi işinin təşkili barədə; Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planından irəli gələn tədbirlər barədə; Qurd invaziyası hallarının azaldılması üçün məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə uşaqların qurd invaziyalarına görə yoxlanılması, müalicəsi və profilaktik tədbirlərin aparılması barədə söhbətlər aparılmışdır.
Qax rayonu
17 may 2022-ci il tarixdə Qax rayonunun Təhsil İdarəsində uşaq və yeniyetmə müəssisələrinin 102 nəfərdən ibarət rəhbər və tibb işçilərinin iştirakı ilə seminar-təlim keçirilmişdir.
Qobustan rayonu
“Uşaqların icbari dispanzerizasiyası” haqqında, “Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris – təlim tərbiyə prosesinin təşkili Qaydaları”ndan İrəli gələn tədbirlərin həyata keçirilməsi barədə və s.
Xaçmaz rayonu
19 may 2022-ci il tarixdə Xaçmaz rayonunda 89 nəfər təhsil müəssələrinin rəhbər və tibb bacılarının iştirakı ilə seminar keçirilib. Seminarda İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişdir.