Sentyabrın 19-da Neftçala rayonunda Samid İmanov adına 1 saylı tam orta məktəbin akt zalında 83 nəfərdən ibarət təhsil və tibb işçilərinin iştirakı ilə seminar-təlim keçirilib.
Seminarda uşaqların icbari dispanserizasiyası, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, şagird yerləri və təminat normativləri barəsində, gənclərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində tədbirlər, məktəblilər arasında travmatizmin profilaktikası, narkomaniya, alkoqolizm və tütünçəkmənin zərərləri barədə sanitariya-maarifi işinin təşkili, uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planından irəli gələn tədbirlər barədə söhbətlər aparılıb.
Bundan əlavə, seminar-təlimdə qurd invaziyası hallarının azaldılması üçün məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə uşaqların qurd invaziyalarına görə yoxlanılması, müalicəsi və profilaktik tədbirlərin aparılması barədə məlumat verilib.