V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda təlim keçirilib
Ana səhifə › Xəbərlər › V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda təlim keçirilib
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda təlim keçirilib
İyl 18, 2023 568 Views
İyul ayında Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda “Leyşmaniozun epidemiologiyası, diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda təlim (workshop) keçirilib.
Təlimə Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyindəki müxtəlif tibb müəssisələrinin mütəxəssisləri dəvət edilib.
Mövzu ilə əlaqədar təlimin gündəliyində xəstəliklə bağlı müxtəlif aktual mövzular müzakirə edilib. İnstitutun direktoru tibb elmləri doktoru, professor Adil Allahverdiyev “Dünyada və Azərbaycanda leyşmaniozun mövcud vəziyyəti, diaqnostikasında və müalicəsində ortaya çıxan problemlər”, Süleyman Məmmədov “Leyşmaniozun epidemiologiyası”, Xatirə Aslanova “Dəri leyşmaniozunun klinik diaqnostikası və müalicəsi”, Afət Əkbərova “Visseral leyşmaniozunun klinik diaqnostikası və müalicəsi” mövzusunda çıxış ediblər.
Tədbirin ikinci hissəsində institutun tam təchizatlı laboratoriyasında dəri və visseral leyşmanioz yaxmalarının hazırlanması metodikası, mikroskopiyası, parazitlərin klassik kulturasının əldə edilməsi, mikrokultura metodu tibb üzrə fəlsəfə doktoru, dosent Məlahət Bağırovanın rəhbərliyi altında workshopun iştirakçılarına praktiki olaraq göstərilib və onların əyani iştirakı təmin edilib. Sonda tədbir iştirakçılarına mövzu ilə əlaqədar kitab və sertifikatlar verilib.