Xəzər və Pirallahı rayonlarında növbəti seminar keçirilib

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmələrin gigiyenası bölməsinin mütəxəssisləri tərəfindən 2025-ci ilin fevral ayında Xəzər rayonu Şağan qəsəbə Mədəniyyət Mərkəzində Xəzər və Pirallahı rayonları üzrə 72 nəfər təhsil və tibb işçilərinin iştirakı ilə seminar keçirilib.

Ümumi təhsil müəssisələrində tibb xidmətinin təşkili və sənədləşmə işi mövzusunda, həmçinin “Sanitariya-epidemioloji salamatlıq haqqında” 10 noyabr 1992-ci il tarixli 371 №-li,  “Uşaqların icbari dispanserizasiyası haqqında” 5 mart 2013-cü il tarixli 591- IVQ №li  Azərbaycan Respublikası qanunları, Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 №-li qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”,  30 yanvar 2018-ci il tarixli 24 №-li qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası” barədə təqdimat həyata keçirilib.

Təbliğat materialları – “Hepatit A virusu nədir?” yaddaş kitabçası, “Peyvəndlər haqqında tez-tez soruşulan suallar və cavablar”, “Meymunçiçəyi xəstəliyi haqqında nələri bilməliyik”, “İqlim dəyişikliyi və su çatışmazlığı” bukletləri seminar iştirakçılarına təqdim olunub.