Xocalı soyqırımı tariximizin qəhrəmanlıq səhifəsidir
Ana səhifə › Xəbərlər › Xocalı soyqırımı tariximizin qəhrəmanlıq səhifəsidir
Xocalı soyqırımı tariximizin qəhrəmanlıq səhifəsidir
Fev 26, 2025 109 Views
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımından 33 il ötür.
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ildə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində və Qarabağda bir günlük antiterror tədbirlərində Xocalı qatilləri öz layiqli cəzalarını aldılar.
Xalqımız üçün qürurverici və sevindirici haldır ki, artıq xocalı sakinləri doğma yurd-yuvalarına qayıdır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır, çünki onların qisası alınıb. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə yüksək iradə və qəhrəmanlıq nümunəsi göstərdi.
Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin rəmzinə çevrilib. Xocalı soyqırımı xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs vətən, milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. Azərbaycan xalqı Xocalı soyqırımını gələcək nəsillərə ötürərək, tarixi həqiqətlərin unudulmaması üçün mübarizəsini davam etdirəcəkdir.
Xocalı soyqırımı yaddaşlardan heç vaxt silinməyəcək!
Please select an image first to render the grid properly