Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş faciədir!
Ana səhifə › Xəbərlər › Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş faciədir!
Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş faciədir!
Fev 24, 2023 247 Views
Xalqımıza qarşı törədilmiş bu dəhşətli faciədən 31 il ötür. Müxtəlif dövrlərdə insanların kütləvi qətli ilə nəticələnən faciələr, soyqırımlar çox olub. Bu qətliamlar arasında erməni şovinizminin törətdiyi ağlasığmaz Xocalı soyqırımı öz dəhşətləri ilə fərqlənir.
Qətliam zamanı 613 nəfərdən 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca olmaqla dinc əhali qətlə yetirilib. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.
Respublika GEM-nin kollektivi hər il olduğu kimi, bu il də “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyaraq onların əziz xatirələrini ehtiramla yad edir, qətlə yetirilmiş Xocalı faciəsinin günahsız qurbanlarının ruhları qarşısında baş əyirlər.
Tariximizin qan yaddaşına yazılmış Xocalı faciəsi heç vaxt unudulmayacaqdır!