Respublika GEM-də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti görüş keçirilib
Ana səhifə › Xəbərlər › Respublika GEM-də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti görüş keçirilib
Respublika GEM-də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti görüş keçirilib
Fev 17, 2023 320 Views
Fevralın 15-də Respublika GEM-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “İmmunlaşdırma üzrə İnformasiya Sistemlərinin qiymətləndirilməsi Missiyası”nın nümayəndə heyəti ilə görüş keçirilib.
Missiyanın məqsədi Azərbaycanda immunizasiya tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi və qeydiyyatının xarici ekspertlər tərəfindən qiymətləndirilib, təkmilləşdirilməsi istiqamətində köməklik edilməsindən ibarətdir.
Qeyd edək ki, ÜST-nin missiyasının işgüzar səfəri fevralın 17-dək davam edəcək. Missiya çərçivəsində ölkə, regional və yerli səviyyələrdə immunizasiya tədbirlərində iştirak edən müəssisələrə səfərlər təşkil olunacaq.