ÜST-nin dəstəyi ilə “Sanitar-epidemioloji təhlükəsizlik sahəsində mülki-hərbi əməkdaşlıq” mövzusunda görüş keçirilib
Ana səhifə › Xəbərlər › ÜST-nin dəstəyi ilə “Sanitar-epidemioloji təhlükəsizlik sahəsində mülki-hərbi əməkdaşlıq” mövzusunda görüş keçirilib
ÜST-nin dəstəyi ilə “Sanitar-epidemioloji təhlükəsizlik sahəsində mülki-hərbi əməkdaşlıq” mövzusunda görüş keçirilib
Okt 25, 2023 697 Views
19-20 oktyabr 2023-cü il tarixlərində ÜST-nin dəstəyi ilə “Sanitar-epidemioloji təhlükəsizlik sahəsində mülki-hərbi əməkdaşlıq” mövzusunda iki günlük görüş keçirilib.
Görüşdə Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, TƏBİB və RGEM-nin nümayəndələri iştirak edib. Tədbirdə ÜST, Səhiyyə və Müdafiə nazirlikləri arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə hazırlanmış “Səhiyyə sahəsində fövqəladə hallara hazırlığı gücləndirmək üçün Milli mülki-hərbi Səhiyyə Əməkdaşlığı” təlimat sənədini və sektorlararası potensialın müqayisəli təhlili metodunu təqdim edib.
Tədbir zamanı Mülki-hərbi boşluqları və ehtiyacları müəyyən etmək və səhiyyədə fövqəladə hallara hazırlığı gücləndirmək üçün mülki-hərbi əməkdaşlığın inkişaf etdirilməsində nəzərə alınmalı prioritet tədbirlər müzakirə edilib.