İsveçrənin Cenevrə şəhərində BMT-nin AİK-nın və ÜST-nin birgə təşkilatçılığı ilə Strateji Dəyirmi Masa keçirilib
Ana səhifə › Xəbərlər › İsveçrənin Cenevrə şəhərində BMT-nin AİK-nın və ÜST-nin birgə təşkilatçılığı ilə Strateji Dəyirmi Masa keçirilib
İsveçrənin Cenevrə şəhərində BMT-nin AİK-nın və ÜST-nin birgə təşkilatçılığı ilə Strateji Dəyirmi Masa keçirilib
Noy 17, 2023 486 Views
İsveçrənin Cenevrə şəhərində 13-14 noyabr 2023-cü il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə Strateji Dəyirmi Masa və Məqsədli işçi qrupun 13-cü görüşü keçirilib. Görüş fiziki və onlayn formatda keçirilib.
Hollandiya və İtaliyanın təşkilatçılığı ilə Strateji Regional Dəyirmi Masa çərçivəsində təşkil edilən Su və Sağlamlıq Protokolunun birgə katibliyinin dəstəyi ilə Protokol çərçivəsində həyata keçiriləcək ümumavropa regionu ölkələri üçün strateji istiqamətləri və prioritetləri müəyyən edir. Su və Sağlamlıq Protokolu su – ekosistemlərinin mühafizəsi də daxil olmaqla, su ehtiyatlarının davamlı idarə edilməsi yolu ilə insanların sağlamlığını və rifahını qorumaq məqsədi daşıyan hüquqi qüvvəyə malik öhdəlik sazişidir.
Protokola uyğun olaraq, 2023-2025-ci illər və gələcək illərdə su təchizatı və sanitariya sektorunun iqlimə davamlılığının gücləndirilməsi, xüsusən də tədris materiallarının və praktiki vasitələrin hazırlanması, potensialın gücləndirilməsi və texniki əməkdaşlıq planlaşdırılıb.
Strateji Dəyirmi Masada və görüşlərdə Respublika GEM-nin nümayəndələri – Leyla Tağızadə, Şervin Şəkuri və Sevda Talıbova iştirak ediblər. Ş.Şəkuri İqlim dəyişikliyinə qarşı adaptasiya planlarının tərtib edilməsində idarələrarası əməkdaşlıq məsələlərinin aktuallığı haqqında prezintasiya təqdim edib.
Dəyirmi Masa Məqsədli qrupun müəyyən edilməsi və hesabatvermə üzrə işçi qrupunun iclası ilə paralel baş tutub. İşçi qrupunun moderatorlarından olan L.Tağızadə məlumat verib. İşçi Qrup görüşün nəticələrini nəzərdən keçirib və onların Protokol üzrə məqsədlərin müəyyən edilməsində necə əks oluna biləcəyini müzakirə edib.