20 Yanvar faciəsindən 34 il ötür

Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20
yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda
cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi
qırğın hadisəsi törədildi. 20 yanvar faciəsi Azərbaycanın tarixinə qəhrəmanlıq
səhifəsi kimi daxil olub.
Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni
zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirib.
Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Vətənimizin Müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərinin əziz
xatirəsini hörmətlə anırıq!

 

Please select an image first to render the grid properly