“Vaksinasiyaya dəstək” layihəsi ilə bağlı görüş keçirilib
Ana səhifə › Xəbərlər › “Vaksinasiyaya dəstək” layihəsi ilə bağlı görüş keçirilib
“Vaksinasiyaya dəstək” layihəsi ilə bağlı görüş keçirilib
Apr 6, 2024 341 Views
1-5 aprel tarixlərində Avropa İttifaqının müstəqil eksperti tərəfindən “Vaksinasiyaya dəstək” layihəsinin nəticələrini və faydalarını qiymətləndirmək məqsədilə Nəticəyönümlü Monitorinq (ROM-result-oriented monitoring) keçirilib. Layihə çərçivəsində 03 aprel 2024-cü il tarixində RGEM PHŞ-nin İmmunoprofilaktika bölməsinin mütəxəssisləri ilə layihənin ekspertləri və ÜST-nın nümayəndəsinin görüşü həyata keçirilib.
Görüş zamanı Nizami rayon GEM-nə səfər edilib, 2021-2023-cü illər ərzində layihə əsnasında görülən işlər və baş vermiş dəyişiklər barədə müsahibələr keçirilib. Nümayəndələr Nizami GEM-nin vaksin saxlanılan anbarına baxış keçirib, soyuq zəncir sisteminin təşkili və nəzarət qaydaları ilə tanış olublar.
Please select an image first to render the grid properly