Respublikada “İmmunlaşdırma həftəsi” keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirinin imzaladığı əmrə əsasən 2024-cü

 il 21–27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilir.
Bu həftə çərçivəsində hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan
uşaqların peyvəndlərə cəlb edilməsi təmin edilir.
22-24.04.2024-cü il tarixlərində Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin əməkdaşları Ağdam və Şabran rayonlarında immunlaşdırma
tədbirlərinin aparılmasına dair monitorinqlərin keçirilməsində iştirak ediblər.