Beyləqan və İmişli rayonlarında modul tipli sutəmizləyici qurğularında monitorinq keçirilib
Ana səhifə › Xəbərlər › Beyləqan və İmişli rayonlarında modul tipli sutəmizləyici qurğularında monitorinq keçirilib
Beyləqan və İmişli rayonlarında modul tipli sutəmizləyici qurğularında monitorinq keçirilib
May 22, 2024 262 Views
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyul tarixli, 2245 saylı “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması haqqında ” sərəncamının icrası ilə əlaqədar 14-16 may 2024-cü il tarixlərində İmişli və Beyləqan rayonlarında yerləşən kənd və qəsəbələrində quraşdırılmış modul tipli sutəmizləyici qurğularından əhaliyə verilən içməli suyun epidemioloji təhlükəsizliyi və keyfiyyətinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin mütəxəssisləri tərəfindən yerində monitorinqlər aparılıb.