Yevlax rayonunda maarifləndirici seminar keçirilib
Ana səhifə › Xəbərlər › Yevlax rayonunda maarifləndirici seminar keçirilib
Yevlax rayonunda maarifləndirici seminar keçirilib
May 23, 2024 305 Views
21 may 2024-cü il tarixdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan rayonlarının (Mingəçevir şəhəri, Yevlax, Ucar, Zərdab, Kürdəmir, Ağdaş, Göyçay rayonları) 188 nəfər təhsil və tibb işçilərinin iştirakı ilə Yevlax rayonunda seminar müşavirə keçirilib.
Keçirilən seminarda uşaqların icbari dispanserizasiyası, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, məktəblilər arasında travmatizmin profilaktikası, narkomaniya, alkoqolizm və tütün çəkmənin zərərləri, qurd invaziyasıya hallarının azaldılması məqsədi ilə profilaktik tədbirlərin aparılması, ətraf mühitin mühafizəsi və iqlim dəyişilməsinin insan sağlamlığına təsiri mövzusunda maarifləndirici söhbətlər aparılıb.
Səhiyyə Nazirliyi Respublika GEM-i tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları: “Malyariya”, “Böyüklər üçün fiziki aktivlik”, “Qızılca”, “Bağırsaq disbakteriozu”, “İnfeksiyaya necə yoluxurlar”, “Əllərin yuyulma qaydası”, “Atmosfer havası və iqlimin sağlamlığa təsiri” seminar iştirakçılarına təqdim olunub.