11 iyun tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Ümümdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə online rejimində Teams platformasında Pan-Avropa Bölməsindəki məktəblərdə əl gigiyenasının əhəmiyyəti və əhatə dairəsi ilə bağlı müsahibə keçirildi. Mühasibədə ÜST tərəfindən Kristina Motejinayte, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən isə Kommunal-gigiyena bölməsinin məsləhətçisi Leylaxanım Tağızadə, Uşaq və yeniyetmə gigiyenası bölməsinin həkim-gigiyenisti Mehriban Eminova iştirak ediblər.
Müsahibədə bildirilmişdir ki, Respublika GEM-nin mütəxəssisləri tərəfindən uşaq və yeniyetmə müəssisələrində sanitariya gigiyena qaydalarının və əksepidemik rejimin gözlənilməsi vəziyyətinin öyrənilməsi məqsədi ilə monitorinqlər təşkil edilib.
Dövlətimiz tərəfindən qüvvədə olan Qanun, Sərəncam və Qaydalara əsaslanaraq respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbər və tibb işciləri ilə Bakı şəhərinin Suraxanı, Xətai, Xəzər, Pirallahı, Sabunçu, Nizami, Səbail, Qaradağ, Nərimanov, Nəsimi, Yasamal, Tovuz, Lerik, Balakən, Ağstafa, Bərdə, Zaqatala, Siyəzən, Beyləqan, Ağdaş, Abşeron rayonlarında, Sumqayıt şəhərində uşaqlar arasında şəxsi gigiyena qaydalarının gözlənilməsinin vərdiş halına alması məqsədi ilə seminar-müşavirələr təşkil olunub.
Seminar-müşavirələr və monitorinqlərdə RGEM tərəfindən hazırlanmış təbliğat materialları – “Sağlam həyat tərzinin 7 bünövrəsi”, “Fiziki Aktivlik – sağlamlıq zəmanəti!”, “Malyariya”, “Böyüklər üçün fiziki aktivlik”, “Qızılça”, “Bağırsaq disbakteriozu”, “İnfeksiyaya necə yoluxurlar” və s. bukletləri seminar iştirakçılarına təqdim olunub.