Tibbi tullantıların idarə olunması mövzusunda təlimlərə başlanılıb
Ana səhifə › Xəbərlər › Tibbi tullantıların idarə olunması mövzusunda təlimlərə başlanılıb
Tibbi tullantıların idarə olunması mövzusunda təlimlərə başlanılıb
İyn 13, 2024 385 Views
Azərbaycan Respublikası “Tullantılar haqqında” Qanunun 12.6. maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”inə əsasən, müalicə-profilaktika müəssisələrində tullantılara gündəlik nəzarətin təşkili üçün xüsusi cavabdeh şəxsin müvafiq sənəd (sertifikat) alınması təsbit olunub.
Bununla əlaqədar olaraq, “Tullantılarla işləmək qaydaları, təhlükəli tullantılarla düzgün işləməyin təşkili” mövzusunda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində tibb müəssisələrində çalışan və tibbi tullantılara gündəlik nəzarəti təşkil edən xüsusi cavabdeh şəxslər üçün təlimin keçirilməsinə başlanılıb.
Keçiriləcək təlimlərin nəticəsi olaraq iştirakçılara müvafiq Sertifikatlar veriləcəkdir.