RGEM də keçirilən “İnventory and Gap Analysis Sistems” (İGAS) təlimi zamanı.
Vaksin preparatlarının
İnnovasiya və Təchizat Mərkəzində soyuq zəncir avadanlıqlarının qeydiyyatı
saxlandığı soyuq anbar
Sabunçu rayonunda tibb müəssisələrində soyuq zəncir avadanlığının qeydiyyatı

Azərbaycanda “soyuq zəncir” sistemi avadanlıqlarının inventarlaşdırılmasına dair təlimlərin keçirilməsi.

 

Avropa İttifaqının maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə ölkədə soyuq zəncir sistemi  avadanlığının  bütün səviyyələrində – İnnovasiya və Təchizat Mərkəzi, şəhər/rayon GEM-nin anbarları və peyvənd məntəqələrində  inventarlaşdırma prosesinə başlanmışdır.

Bu fəaliyyət Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 əleyhinə  Vaksinasiyaya dəstək Layihəsi çərçivəsində  Səhiyyə Nazirliyinin  Respublika  Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə həyata keçirilir. İnventarlaşdırma prosesinin həyata keçirilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatının onlayn aləti (metodu) proqramından  istifadə olunur.

2022-ci ilin 30 may-3 iyun tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bazasında yerli təlimçilərin  hazırlanması üçün “soyuq zəncir” sistemi avadanlığının inventarlaşdırılması qaydaları  üzrə təlimlər keçirilmişdir.   

2022-ci ilin iyun ayından başlayaraq 10 nəfər təlimçimiz  tərəfindən şəhər/rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin immunizasiya üzrə mütəxəssisləri üçün 2 günlük  təlimlər keçirilir.

Həm COVID-19, həm də uşaq peyvəndlərinin  saxlanılması üçün  soyuq  zəncir sisteminin gücləndirilməsi, peyvəndləmə ilə bağlı bütün məlumatların  qeydiyyatı və  təhlilinin rəqəmsallaşdarılması böyük əhəmiyyət kəsb edir. Peyvənd materiallarının   təhlükəsiz şəraitdə saxlanması və daşınmasının təmin edilməsi  məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının yeni alətinin (metodunun) köməyi ilə  soyuq zəncir  avadanlığının  vəziyyəti və ehtiyaclarını  müəyyən etmək, boşluqların doldurulması üçün  büdcə tərtib  etmək, həmçinin gələcək bir neçə il üçün  planlaşdırma və təhlil aparmaq  mümkün olacaq.