Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Gədəbəy rayonunda monitorinq aparılıb

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin radiasiya gigiyenası bölməsinin illik fəaliyyət planına uyğun olaraq “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icrası məqsədilə bölmənin əməkdaşları 20-21.08.2026-cı il tarixlərdə Gədəbəy rayonuna ezam olunublar.

Tədbirlər Planının icrası çərçivəsində rayonun sərhədyanı kənd yaşayış məntəqələri və qəsəbələri ərazilərində radioloji monitorinq aparılıb, ətraf ərazilərdə xarici qamma-şüalanmanın ekspozisiya doza gücü ölçülübdür. Eyni zamanda monitorinq olunan ərazilərdən torpaq nümunələri götürülərək Mərkəzin müvafiq laboratoriyalarında toksikoloji və radioloji müayinələrə cəlb edilibdir.

Qeyd olunan istiqamətdə mütəmadi olaraq monitorinq və laborator nəzarət tədbirlərinin həyata keçirilməsi davam etdirilir.