Qızılca

Qızılca yüksək dərəcədə yoluxucu və ciddi xəstəlikdir. Qızılca peyvəndinin 2 dozası bu xəstəliyə qarşı qorunmanı təmin edir. Azərbaycanda dövlət müəssisələrində tətbiq edilən bütün peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmuşdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 dekabr 2023-cü il tarixli 3-28/3-1-673/2023 saylı “Respublikada qızılca xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə” əmrinin “Əhali arasında qızılca xəstəliyinin profilaktikası barədə maarifləndirmə işi aparılması”na dair 1.4 bəndinə əsasən, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış “Qızılca” adlı buklet əhalinin  maarifləndirilməsi məqsədilə respublikanın səhiyyə və təhsil müəssisələrində paylanmışdır.

“Qızılca” bukleti saytın “Sanitariya və maarifləndirmə fəaliyyəti” bölməsində  yerləşdirilmişdir.

Please select an image first to render the grid properly