Ümumdünya Tütünsüz Günü

Ümumdünya Səhiyyə Təşkilatı hər il 31 may tarixində Ümumdünya Tütünsüz Gününü qeyd edir.

2023-cü ildə Ümumdünya Tütünsüz Günü “Yeyinti məhsulları yetişdirin, tütün yox” mövzusuna həsr ediləcək.

ÜST qeyd edir ki, tütünün becərdilməsi bizim səhhətimizə, o cümlədən fermerlərin və planetimizin sağlamlığına zərər vurur. Tütünçülük sənayesi qlobal ərzaq böhranına səbəb olaraq, tütünü əvəz edən məhsulların yetişdirilmə cəhdinə mane olur.

Hazırki kampaniya hökumət dairələrini tütünün becərdilməsi sahəsində subsidiyaların dayandırılmasına, qənaət edilmiş vəsaitin ərzaq təhlükəsizliyini yüksəldən, qidalanmanı yaxşılaşdıran dayanıqlı məhsulların yetişdirilməsinə keçid zamanı fermerlərə kömək məqsədi ilə istifadə edilməsinə çağırır.

Ümumdünya Səhiyyə Təşkilatı 21 may 2003-cü il tarixdə “Tütünə qarşı mübarizə” haqqında Çərçivə Konvensiyası qəbul etmişdir. 27 fevral 2005-ci il tarixdə Konvensiya qüvvəyə minib.

ÜST-nin Çərçivə Konvensiyasında nəzərə alınan əsas etibarilə tütünsüz mühitin yaradılması, insanlara tütündən imtina etməyə köməklik göstərilməsi, əhalinin kütləvi informasiya vasitələri ilə maarifləndirilməsi, tütün məmulatlarının ticarət dövriyyəsinin qadağan olunmasının yerinə yetirilməsinə nəzarət kimi tütün əleyhinə tədbirlər aiddir.

ÜST-nin Çərçivə Konvensiyasının və digər təşəbbüslərin geniş miqyasda həyata keçirilməsi bir çox insan həyatını qorumağa və əhalinin sağlamlığı və rifahını yaxşılaşdırmağa imkan verəcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Please select an image first to render the grid properly