27 Sentyabr – “Anım Günü”

Respublika Gigiyena və Epidemiologiya Mərkəzində 27 Sentyabr – “Anım Günü”nə həsr olunmuş tədbir keçirilib. Anım Günü – Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını itirən əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Respublika GEM-nin Baş direktoru Sara Həsənova Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqının işğal altındakı torpaqlarının azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından söz açıb.
Tədbirdə Respublika GEM-nin Baş direktorun Sanitariya-gigiyena məsələləri üzrə müavini Surxay Məmmədov və Həmkarlar İttifaqının sədri İqbal Səfərova çıxış ediblər.
Xalqımız hər zaman 27 sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.