6 xəstəliyə qarşı bir peyvənd – uşaqların sağlam gələcəyi üçün

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva AzTV-nin “Günə davam” verilişində ölkəyə yeni gətirilən Hexaxim peyvəndi ilə bağlı çıxış edib. 

Çıxış zamanı peyvənd barədə lazımi məlumatları izləyicilərə çatdırıb. O bildirib ki, 2024-cü ilin mart ayından etibarən ölkədə 6 komponentli Hexaxim vaksini tətbiq edilməyə başlanıb. Təqvimə uyğun olaraq vaksin 1 yaşa qədər uşaqlar arasında (2,3,4 aylığında) 3 doza tətbiq edilir. Gecikmiş immunizasiya hallarında peyvənddən kənarda qalan uşaqlar 7 yaşadək Hexaxim vaksini ilə peyvənd oluna bilər.

Bu peyvənd uşaqları 6 xəstəlikdən (Hepatit B, difteriya, tetanus, göyöskürək, B tipli hemofil infeksiya, poliomielit) qoruyur. 

Ölkə ərazisində vaksinasiya işi ilə məşğul olan dövlət tibb müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilib. Əhalinin sağlamlığının qorunmasında vaksinasiya tədbirləri dövlət tərəfindən vacib hesab edilir və daim diqqət mərkəzindədir.

Please select an image first to render the grid properly