Siyəzən rayon GEM-də kəskin süst ifliclərin aşkar olunmasına dair təlim və monitorinq keçirilib
Ana səhifə › Xəbərlər › Siyəzən rayon GEM-də kəskin süst ifliclərin aşkar olunmasına dair təlim və monitorinq keçirilib
Siyəzən rayon GEM-də kəskin süst ifliclərin aşkar olunmasına dair təlim və monitorinq keçirilib
06/16/2026 2 Views
Səhiyyə Nazirliyinin “Kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin davam etdirilməsi barədə” 02 aprel 2026-cı il tarixli 174 nömrəli əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən ölkədə poliomielitin profilaktikası və kəskin süst ifliclərin aşkar olunmasına dair təlim və monitorinqlərin keçirilməsinə start verilib.
Bu məqsədlə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim – epidemioloqları Siyəzən rayonuna ezam olunublar.
Təlim zamanı Siyəzən rayonu Ailə Sağlamlıq Mərkəzində, Zarat Ailə Sağlamlıq Mərkəzində və Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzində monitorinqlər təşkil edilib.
Monitorinqlərdə tibb işçilərinə KSİ hadisələrinin aktiv aşkarlanması, araşdırılması, məlumatların təhlil edilməsi və uşaqların poliomielitə qarşı peyvəndlə əhatə olunmasının yüksək səviyyədə saxlanılması barədə ətraflı məlumat verilib.
Təlimin əsas məqsədi KSİ üzərində epidemioloji nəzarətin gücləndirilməsi, mövcud sistemin effektivliyinin artırılması və səhiyyə işçilərinin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Eyni zamanda, tədbir çərçivəsində Azərbaycanın poliomielitdən azad ərazi statusunun qorunması istiqamətində görüləcək tədbirlər və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu monitorinqlərin keçirilməsi ölkənin poliomielitdən azad ərazi statusunun saxlanılması üçün çox vacib addımdır.