Bakıda vaksin təhlükəsizliyinin monitorinqi üzrə təlim keçirilib
Ana səhifə › Xəbərlər › Bakıda vaksin təhlükəsizliyinin monitorinqi üzrə təlim keçirilib
Bakıda vaksin təhlükəsizliyinin monitorinqi üzrə təlim keçirilib
25/06/2026 1 Views
22–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun dəstəyi ilə “Vaksin təhlükəsizliyinin monitorinqi, İmmunizasiyadan sonrakı arzuolunmaz halların (İSAH) səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi” mövzusunda təlim təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM), Analitik Ekspertiza Mərkəzi (AEM), TƏBİB, eləcə də beynəlxalq ekspertlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Təlimin əsas məqsədi vaksin təhlükəsizliyinin monitorinqi sisteminin gücləndirilməsi, immunizasiyadan sonrakı arzuolunmaz halların aşkarlanması, qeydiyyatı, araşdırılması və səbəb-nəticə əlaqəsinin qiymətləndirilməsi sahəsində iştirakçıların bilik və bacarıqlarının artırılması olub.
Bununla yanaşı, Azərbaycanda peyvənd təhlükəsizliyinin monitorinqi sisteminin təşkili, qurumlararası əməkdaşlıq, hüquqi çərçivə, rol və məsuliyyətlərə dair təqdimatlar nümayiş edilib.
Tədbirin nəticələrinin ölkədə peyvənd təhlükəsizliyinə nəzarət sisteminin daha da təkmilləşdirilməsinə, immunizasiya proqramlarına ictimai etimadın gücləndirilməsinə və əhalinin sağlamlığının qorunmasına töhfə verəcəyi gözlənilir.