“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də “Zəfər Günü” qeyd edilib
Ana səhifə › Xəbərlər › “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də “Zəfər Günü” qeyd edilib
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də “Zəfər Günü” qeyd edilib
Noy 6, 2022 1407 Views
Noyabrın 5-də “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ – də
8 noyabr “Zəfər Günü”nü ikinci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Respublika GEM-nin Baş direktoru Sara Həsənova 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsində xalqımızın əzmi, birliyi və iradəsi sayəsində ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsindən söz açıb.
Tədbirdə Respublika GEM-nin Baş direktorun Sanitariya-gigiyena məsələləri üzrə müavini V.Abdullayev, Həmkarlar İttifaqının sədri İ.Səfərova və İkinci Qarabağ müharibəsi veteranı həkim-statistik M.Həsənzadə çıxış ediblər.
Tədbirdə həmçininYAP Nizami rayon təşkilatının nümayəndəsi T.Əliyeva çıxış edib və YAP-ın Nizami rayon təşkilatının ictimai-siyasi həyatındakı fəal iştiraklarına görə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 13 nəfər işçisini fəxri fərmanla təltif edib.
Sonda ailələrində müharibə iştirakçısı olan işçilər maddi yardımla mükafatlandırılıblar.