Cenevrədə Su və Sağlamlıq üzrə Protokolu Tərəflərinin İclasının altıncı sessiyası keçirilib
Ana səhifə › Təlimlər › Cenevrədə Su və Sağlamlıq üzrə Protokolu Tərəflərinin İclasının altıncı sessiyası keçirilib
Cenevrədə Su və Sağlamlıq üzrə Protokolu Tərəflərinin İclasının altıncı sessiyası keçirilib
Noy 23, 2022 596 Views
16-18 noyabr tarixlərində Cenevrədəki Millətlər Sarayında Transsərhəd Su Axarlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi Konsepsiyasının (Transsərhəd Su Konsepsiyası) Su və Sağlamlıq üzrə Protokolu Tərəflərinin İclasının altıncı sessiyası keçirilib.
Tərəflərin iclasını açan Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının İcra katibi xanım Olqa Alqayerova “Su və sağlamlıq haqqında” Protokolun pandemiya dövründə icra işlərinin vacibliyini bir daha vurğuladı və bu missiyanın davamlılığını təmin edən tərəfdaş ölkələrə təşəkkürünü bildirdi.
Daha sonra Qlobal Su Alyansının icraçı direktoru cənab John Matthews və ÜST-ün Avropa Ətraf Mühit və Sağlamlıq Mərkəzinin rəhbəri xanım Francesca Racioppiyə söz verildi. Ekspertlər tərəfindən iqlim dəyişikliyi və pandemiya dövründə Su, Sanitariya və Gigiyena (Water, Sanitation and Hygiene – WASH) və səhiyyə xidmətlərinin davamlılığının gücləndirilməsinin vacibliyi vurğulandı.
Yüksək səviyyəli sessiyada iqlim dəyişikliyi, əhalinin artımı, urbanizasiya və ətraf mühitin çirklənməsi ilə bağlı, şirin su ehtiyatlarının mövcudluğu və keyfiyyətinə səbəb olan dəyişikliklər, təhlükəsiz və etibarlı suya, kanalizasiya və gigiyena xidmətlərinə çıxışa mane olan mövcud problemlərə dair məsələlər nəzərdən keçirilib. Xüsusilə, WASH və səhiyyə xidmətlərinin COVID-19 pandemiyası dövründə nə qədər həssas olduğunu, onların reaksiya və bərpa baxımından nə qədər vacibliyini göstərdi.
Sessiyada qeyd olundu ki, bu çağırışlar Səhiyyə, Ətraf Mühit və Su sektorları da daxil olmaqla, çoxsaylı sektorlararası və çoxtərəfli fəaliyyətin həyata keçirilməsini tələb edir. Həmçinin, onlara cavab vermək üçün strategiyaların və tövsiyələrin birgə hazırlanmasının vacibliyini göstərdi.