“İmmunizasiyadan sonrakı arzuolunmaz hallar” mövzusunda seminar keçirilib
Ana səhifə › Xəbərlər › “İmmunizasiyadan sonrakı arzuolunmaz hallar” mövzusunda seminar keçirilib
“İmmunizasiyadan sonrakı arzuolunmaz hallar” mövzusunda seminar keçirilib
Okt 16, 2023 354 Views
2023-cü il 11-13 oktyabr tarixlərində Avropa İttifaqının dəstəyi ilə “İmmunizasiyadan sonrakı arzuolunmaz hallar (İSAH): epidemioloji müşahidə və səbəb-nəticənin qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda üç günlük seminar keçirilib. Seminar peyvəndin təhlükəsizliyini artırmağa, ölkədaxili potensialı gücləndirməyə və immunizasiyadan sonra ciddi arzuolunmaz hallarla bağlı effektiv kommunikasiyanın təmin olunmasına əhəmiyyətli təsir göstərmək məqsədi daşıyırdı.
Qeyd edək ki, tədbirdə immunizasiya proqramları, Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri, ilkin tibbi yardım və xəstəxana xidmətlərinin təminatçıları, İSAH-nin səbəbləri və təsnifatının icmalı ilə məşğul olan milli ekspertlər, tibb təhsili proqramları üzrə mütəxəssislər, həmçinin Respublika və rayon GEM-nin nümayəndələri də iştirak ediblər.
Seminarda çıxış edən Respublika GEM-nin Baş direktor müavini Afaq Əliyeva Azərbaycanda Milli İSAH müşahidə sisteminin təkmilləşdirilməsi, İSAH-ların monitorinqi və müşahidə üsullarının daim nəzarətdə saxlanılması, həmçinin ölkədə istifadə olunan vaksinlərin təhlükəsizliyi və effektivliyi haqqında geniş məruzə edib. O, qısa zamanda Azərbaycanda İSAH üzrə güclü epidemioloji nəzarət sisteminin yaradılacağına əmin olduğunu bildirib.