7 Aprel Ümumdünya Sağlamlıq Günü

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il qeyd edilən 7 Aprel Ümumdünya Sağlamlıq Günü – dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən mövzulara yönəltmək üçün bir imkandir.

“Mənim sağlamlığım mənim hüququmdur”- 2024-cü ilin Ümumdünya Sağlamlıq Gününün mövzusudur.

Dünyada milyonlarla insanın sağlamlıq hüququ təhlükə altındadır.

Ölüm hallarına və əlilliyə səbəb olan xəstəliklər və təbii fəlakətlər ön plana çıxır.

Qalıq yanacaqların yandırılması insanları təmiz hava ilə nəfəs almaq hüququndan məhrum etməklə iqlim böhranını gücləndirir.

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bu ilki mövzu  hər bir insanın  keyfiyyətli səhiyyə, təhsil, o cümlədən təhlükəsiz içməli su, təmiz hava, düzgün qidalanma, yaşayış, iş və ətraf mühit şəraitinə çıxış hüququnu qorumaq məqsədi ilə seçilib.

 

Please select an image first to render the grid properly