“Su və sağlamlıq haqqında” Protokol üzrə Cenevrədə 14-cü görüş keçirilib

16-17 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin AİK və ÜST-nin
Avropa Regional ofisinin (ÜST/ Avropa) Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərinin mühafizə və istifadəsi üzrə Konvensiyasının “Su və sağlamlıq haqqında” Protokol üzrə işçi qrupunun 14-cü görüşü keçirilib.
Görüşün əsas məqsədi Pan-Avropa regionunda su, gigiyena və sağlamlıqla bağlı
Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində irəliləyişə təşviq
etməkdir.
Görüşdə Azərbaycan nümayəndələri – “Respublika Gigiyena və Epidemiologiya
Mərkəzi” PHŞ-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri su ilə yayıla bilən xəstəliklərin qarşısının alınması və azaldılması, iqlim dəyişikliyinə
davamlılığın artırılması istiqamətində respublikada görülən işlər barədə məlumat
veriblər.
Həmçinin 2024-cü ilin payızında Azərbaycanda keçiriləcək COP-29 Beynəlxalq
Sammitinə hazırlıqla bağlı, o cümlədən iqlim dəyişikliyi nəticəsində baş verən daşqınların, toz burulğanlarının, meşə yanğınlarının proqnozlaşdırılması məsələlərinə toxunulub.