Səhiyyə Nazirliyi Respublika GEM-nin mütəxəssisləri tərəfindən seminar-müşavirə keçirilib
Ana səhifə › Xəbərlər › Səhiyyə Nazirliyi Respublika GEM-nin mütəxəssisləri tərəfindən seminar-müşavirə keçirilib
Səhiyyə Nazirliyi Respublika GEM-nin mütəxəssisləri tərəfindən seminar-müşavirə keçirilib
Apr 24, 2024 288 Views
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmələrin gigiyenası bölməsinin mütəxəssisləri tərəfindən 2024-cü il 19 aprel tarixdə Bakı şəhər Nizami rayonu 129№-li tam orta məktəbdə və 16 aprel tarixdə Şamaxı rayon 2№-li tam orta məktəbdə seminar-müşavirə keçirilib. Seminarlarda Nizami rayon 129№-li tam orta məktəbindən 81 nəfər, Şamaxı rayon 2№-li tam orta məktəbdə isə Şamaxı, İsmayıllı və Ağsu rayonlarından 148 nəfər təhsil və tibb işçiləri iştirak ediblər.
Keçirilən seminarda uşaqların icbari dispanserizasiyası, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, məktəblilər arasında travmatizmin proilaktikası, narkomaniya, alkoqolizm və tütünçəkmənin zərərləri, qurd invaziyası hallarının azaldılması məqsədi ilə profilaktik tədbirlərin aparılması barədə maarifləndirici söhbətlər aparılıb.