Saatlı rayonunda “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda tədbir keçirilib
Ana səhifə › Xəbərlər › Saatlı rayonunda “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda tədbir keçirilib
Saatlı rayonunda “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda tədbir keçirilib
Apr 29, 2024 290 Views
Saatlı rayonunda BMT-nin İnkişaf Proqramı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili“ çərçivəsində “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları ” mövzusunda təlim keçirilib.
Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının İqlim Dəyişikliyinə Uyğunlaşma məsələləri ilə əlaqəli UNDP və hökümət qurumlarının nümayəndə heyəti tədbirdə iştirak ediblər.
Tədbirdən əvvəl Hacıqabul gölünə baxış keçirilib. UNDP və Xəzər universitetinin əməkdaşları tərəfindən göl barəsində və qurudulmuş gölün gələcəkdə bərpa olması istiqamətində görüləcək işlər barədə məlumat verilib.
Saatlı rayon mədəniyyət mərkəzində “Suya həssas rayonlar üzrə iqlim dəyişmələrinin təsirləri və həlli yolları” mövzusunda tədbir və növbəti təqdimat (prezentasiya) təqdim olunub. Tədbirdə Səhiyyə Nazirliyi və Respublika GEM-n nümayəndələri, Saatlı rayonu İcra Hakimiyyətinin başçısı, “Azərsu” ASC, Azərenerji ASC, UNDP, MKT MMC, Xəzər Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Statistika Komitəsi, Meliorasiya və Su Təsərrüfat ASC və s. strukturların nümayəndələri, Milli Adaptasiya Planının (MAP) işçi qrupunun, o cümlədən Saatlı rayon ictimaiyyətinin nümayəndələri də tədbirdə iştirak ediblər.
Tədbirin sonunda MAP-nın İşçi qrupunun əməkdaşları ilə Özbəkistan Respublikasının tədbirdə iştirak edən nümayəndələri dəyirmi masa arxasında -“İqlimin dəyişmələrinin su sektoruna təsiri” (Saatlı rayonu timsalında) mövzusunda, müzakirə mübadilələri kənd təsərrüfatında su çatışmazlığı, pilot suvarma idarəetmə sistemi, əhalinin içməli su ilə təminatı və 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP-29 tədbirlərində görülən işlər barədə müzakirələr aparılıb.
Qonaqlar və MAP-nın İşçi qrupunun əməkdaşları Saatlı rayonunda pambıq əkilmiş ərazidə yerləşən pilot suvarma idarəetmə sisteminin işi ilə tanışlıq oldu.