Poliomielit üzərində nəzarət davam edir

Poliomielit xəstəliyi, əsasən 15 yaşa qədər uşaqlar arasında qeydə alınan kəskin yoluxucu xəstəlikdir.

Yoluxmuş hər 200 nəfərdən birində geri dönməz iflic baş verir. 5-10% hallarda iflic tənəffüs əzələlərinin sonrakı iflici səbəbindən ölümlə nəticələnir.

Səhiyyə Nazirliyinin 09.07.2021-ci il tarixli 54 nömrəli əmrinə əsasən respublikada 2021-2025-ci illərdə poliomielitdən azad ərazi statusunun saxlanılması və kəskin süst ifliclər üzərində nəzarətin davam etdirilməsi məqsədilə, mütəxəssislərimiz tərəfindən 11-18 sentyabr tarixlərində Goranboy və Daşkəsən rayonlarında səhiyyə işçiləri üçün təşkil olunan təlimlər keçirib, bəzi tibb müəssisələrində vaksinasiya işinin təşkilinə dair monitoriqlər aparılıb.

Təlimlər zamanı səhiyyə işçilərinə poliomielit xəstəliyinin erkən aşkar edilməsinin, vaksinasiya vasitəsilə xəstəliyin profilaktikası uşaqların sağlamlığı və gələcəyinin qorunmasında vacibliyi və effektivliyi nəzərə çatdırılıb.