RGEM- nin mütəxəssisləri simulyasiya təlimlərində (JADE 2024) iştirak ediblər

21 noyabr tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri  Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisinin təşkil etdiyi onlayn  simulyasiya təlimlərində (JADE 2024) iştirak ediblər.

Simulyasiya məşqləri ölkənin Beynəlxalq –Tibbi Sanitariya Qaydaları (BTSQ) üzrə milli koordinatorunun ölkədə baş verə biləcək fövqəladə hallar zamanı funksional qiymətləndirmə, bildiriş və məlumatlandırma bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

JADE 2024 zamanı iştirakçılar səhiyyə sahəsində fövqəladə hallara, ictimai sağlamlıq təhlükələrinə dair göndərilən müxtəlif  suallara operativ və effektiv şəkildə cavab verməklə ölkədə güclü çoxsahəli koordinasiya sisteminin mövcudluğunu bir daha sübut ediblər.