Ana səhifə › Xəbərlər › Bərdə rayonunda təlim və monitorinqlər keçirilib
Bərdə rayonunda təlim və monitorinqlər keçirilib
Dek 3, 2024 27 Views
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.07.21-ci il tarixli “Kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin davam etdirilməsi barədə” 54 nömrəli əmri ilə təsdiq edilmiş “2021-2025-ci illərdə poliomielitdən azad ərazi statusunun saxlanılması üzrə Fəaliyyət Planı”-nın icrası məqsədilə 25-27 noyabr 2024-cü il tarixlərində Bərdə rayonunda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən kəskin süst ifliclər üzrə epidemioloji nəzarət və immunlaşdırma tədbirlərinin aparılmasına dair təlim və monitorinqlər keçirilib.
Təlim zamanı tibb işçilərinə uşaqların poliomielitə qarşı peyvəndlə əhatə olunmasının yüksək səviyyədə saxlanılması, uşaqlar arasında kəskin süst iflic hadisələrinin aşkar olunmasına diqqətin artırılmasına dair ətraflı məlumat verilib, müzakirələr aparılıb.