Azərbaycanda beş illik Milli Fəaliyyət Planının (NAPHS) yazılmasına dair tədbir keçirilib
Ana səhifə › Xəbərlər › Azərbaycanda beş illik Milli Fəaliyyət Planının (NAPHS) yazılmasına dair tədbir keçirilib
Azərbaycanda beş illik Milli Fəaliyyət Planının (NAPHS) yazılmasına dair tədbir keçirilib
Dek 17, 2024 34 Views
Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Ölkə üzrə Milli Pandemiya Planı”nın və səhiyyədə fövqəladə hallara hazırlıq və mübarizə imkanlarının qiymətləndirilməsi üçün ÜST-nin dəstəyi ilə Azərbaycanda Sağlamlığın Təhlükəsizliyi üçün beş illik Milli Fəaliyyət Planının (NAPHS) yazılmasına dair tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İcrbari Tibbi Sığorta Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (Təbib), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin və AZAL-ın səlahiyyətli nümayəndələri iştirak ediblər. Tədbirdə pandemiyaların operativ mərhələləri, səhiyyədə fövqəladə hallarda müəyyən edilmiş potensialın artırılması ehtiyacları, tələb olunan resurslar və dəstəyin müəyyən edilməsi, habelə 2023-cü ildə həyata keçirilən ölkənin birgə xarici qiymətləndirmənin nəticələri ətrafında geniş müzakirələr aparılıb.
Seminarda ÜST-nin səhiyyə təhlükəsizliyinə hazırlığın planlaşdırılmasına yeni inteqrasiya olunmuş və hərtərəfli yanaşması təqdim edilib. Bu yanaşma qiymətləndirmə daxil olmaqla inkişaf və səfərbərlik, tətbiq və monitorinqə qədər bütün prosesləri əhatə edən NAPHS metodologiyasında yerli səriştə və bacarıqların gücləndirilməsinə yönəlib.