Respublika GEM-in mütəxəssisləri tərəfindən “İmmunlaşdırma Həftəsi” çərçivəsində monitorinq keçirilib
Ana səhifə › Xəbərlər › Respublika GEM-in mütəxəssisləri tərəfindən “İmmunlaşdırma Həftəsi” çərçivəsində monitorinq keçirilib
Respublika GEM-in mütəxəssisləri tərəfindən “İmmunlaşdırma Həftəsi” çərçivəsində monitorinq keçirilib
06/10/2026 25 Views
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən 01-06 iyun tarixlərində Göyçay, Cəlilabad və İsmayıllı rayonlarında peyvənd işi aparan tibb müəssisələrində “İmmunlaşdırma Həftəsi” çərçivəsində görülən işlərin monitorinqi keçirilib. Monitorinqin məqsədi profilaktik peyvəndləmə tədbirlərinin keyfiyyətini, vaksinlərin saxlanılması və daşınması zamanı “soyuq zəncir” sisteminə riayət olunmasını, eləcə də əhalinin immunlaşdırmaya cəlb olunması səviyyəsini qiymətləndirmək olub.
Monitorinq zamanı peyvənd işinin təşkili, peyvənd planlarının və hesabat sənədlərinin tələblərə uyğunluğu, vaksinlərin təlimata uyğun şəkildə saxlanılması və soyuducu avadanlıqların texniki vəziyyəti yoxlanılıb. Həmçinin, valideynlər arasında immunlaşdırmanın əhəmiyyəti ilə bağlı aparılan maarifləndirmə işləri və paylanılan məlumatlandırıcı materiallar nəzərdən keçirilib.
Yoxlamaların nəticələrinə əsasən, Göyçay, Cəlilabad və İsmayıllı rayonlarında “İmmunlaşdırma Həftəsi” çərçivəsində vaxtında peyvənd olunmayan və ya müxtəlif səbəblərdən peyvənddən kənarda qalan uşaqların aşkarlanaraq immunizasiyaya cəlb olunması istiqamətində effektiv tədbirlər həyata keçirilib. Monitorinqin yekununda tibb işçilərinə immunlaşdırma fəaliyyətinin daha da təkmilləşdirilməsi, əhalinin peyvəndlərə aktiv cəlb olunması və yoluxucu xəstəliklərin profilaktikasının gücləndirilməsi ilə bağlı metodiki tövsiyələr verilib.