Azərbaycan nümayəndə heyəti Çində keçirilən beynəlxalq seminarda iştirak edib
Ana səhifə › Xəbərlər › Azərbaycan nümayəndə heyəti Çində keçirilən beynəlxalq seminarda iştirak edib
Azərbaycan nümayəndə heyəti Çində keçirilən beynəlxalq seminarda iştirak edib
08/07/2026
Seminarda səhiyyə sahəsində iqtisadi idarəetmə və beynəlxalq təcrübə mübadiləsi məsələləri müzakirə olunub.Çin Xalq Respublikası Hökumətinin insan resurslarının inkişafı üzrə əməkdaşlıq proqramı çərçivəsində 29 iyun–8 iyul 2026-cı il tarixlərində Pekin şəhərində “İnkişaf etməkdə olan ölkələr üçün səhiyyə sahəsində iqtisadi idarəetmə üzrə seminar” keçirilmişdir.
Yeddi ölkədən 30 nümayəndənin iştirak etdiyi seminarda Azərbaycan Respublikasını Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektorun müşaviri, 1 nömrəli Bakı Tibb Kolleci PHŞ-nin, 2 nömrəli Bakı Baza Tibb Kollecinin nümayəndələri və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin baş hüquqşünası təmsil etmişlər.
Seminar çərçivəsində iştirakçılar səhiyyə sahəsində iqtisadi idarəetmə, xəstəxana idarəçiliyi, rəqəmsal səhiyyə, ictimai sağlamlıq və səhiyyənin maliyyələşdirilməsi istiqamətlərində keçirilən mühazirələrdə iştirak etmiş, həmçinin aparıcı tibb müəssisələrinə təşkil olunan səfərlər zamanı Çinin qabaqcıl təcrübəsi ilə tanış olmuşlar.
Tədbir iştirakçılar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar bilik və bacarıqların artırılması, eləcə də Azərbaycan ilə Çin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafına töhfə vermişdir.