Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

27 aprel 2023-cü il tarixdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyat yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Respublika GEM-nin baş direktoru Sara Həsənova tədbiri açaraq Zərifə xanımın peşəkar oftalmoloq həkim kimi fədakarlığından, səhiyyənin inkişafına mühüm töhfələrindən və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəzsiz rolundan danışıb.

Dəyirmi masada Respublika GEM-nin əməkdaşları – həkim və işçi heyəti iştirak ediblər. Onlar Zərifə Əliyevanın həkim-oftalmoloqların böyük bir nəslini yetişdirməsindən, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həmişə ona arxa-dayaq olmasından söhbət açıblar.