“Heydər Əliyev ili” ilə əlaqədar silsilə tədbirlər davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili“ elan edilməsi ilə əlaqədar silsilə tədbirlər davam edir. 

Tədbirlər çərşivəsində Balakən, Quba, Tərtər, İmişli rayon və Su Nəqliyyatında GEM-lərin kollektivi muzeylərdə Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən foto sərgi ilə tanış olub, onun həyat və fəaliyyətinə dair dəyirmi masa arxasında söhbətlər aparıb, “H.Əliyevin keçdiyi şərəfli yol” məruzələr müsabiqəsi keçirib və Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.