Heydər Əliyev – xalqın Ümummilli Lideri
Mayın 10-u Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir.
Onun zəngin siyasi fəaliyyəti, dərin düşüncəsi və qətiyyətli idarəçilik bacarığı nəticəsində güclü dövlətçilik ənənələri formalaşmış və Azərbaycanın inkişaf yolunda mühüm nailiyyətlər qazandırmışdır.
Heydər Əliyevin əsasını qoyduğu idarəçilik prinsipləri Vətənə bağlılıq, xalqa xidmət, dövlətçiliyin qorunması və milli maraqların hər zaman üstün tutulması kimi ali dəyərləri özündə əks etdirir və bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır.
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və milli inkişaf strategiyasının davamlılığının təmin olunması məqsədilə Heydər Əliyev gələcək siyasi kursun etibarlı şəkildə davam etdirilməsinə xüsusi önəm verirdi.
Ulu Öndər Heydər Əliyev İlham Əliyevin ölkənin gələcək inkişafı və dövlətçilik siyasətinin davam etdirilməsi istiqamətində yüksək potensiala malik Lider olduğunu vurğulayaraq ona böyük etimad göstərirdi.
Tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaqgörən baxışları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində öz təsdiqini tapmışdır.Bu gün üçrəngli bayrağımızın Şuşada dalğalanması, Qarabağın azadlığa qovuşması, tarixi Zəfərimiz məhz Heydər Əliyevin Azərbaycan adlı mübarizəsinin və Ali Baş Komandan, Prezident İlham Əliyevin ümumilli liderin siyasətini uğurla davam etdirməsinin məntiqi nəticəsidir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətləri, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi- demokratik dövlət quruculuğu və hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi mühüm fəaliyyət xalqımız tərəfindən daim yüksək qiymətləndirilir və onun əziz xatirəsi böyük hörmət və dərin ehtiramla anılır.Ümummilli Lider H.Əliyev hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq.
