“İmmunlaşdırma Həftəsi” çərçivəsində şəhər və rayon GEM-ləri tərəfindən görülən tədbirlər

“İmmunlaşdırma Həftəsi” çərçivəsində Mərkəzimiz tərəfindən şəhər və rayon GEM-lərinə, eləcə də vaksinasiya ilə məşğul olan tibb müəssisələrinə metodiki dəstək verilir. Bundan əlavə, GEM-lərdə lazımi vaksin və peyvənd materiallarının tədarükünə nəzarət həyata keçirilir. Şəhər və rayon GEM-lərinin mütəxəssisləri tərəfindən yerlərdə tədbirə hazırlıq və aparılan işlər üzrə monitorinqlər aparılmaqdadır.

Əhali arasında vaksinasiyanın əhəmiyyəti barədə məlumatlılığın artırılması istiqamətində kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə sanitar-maarifləndirmə və təbliğat işləri həyata keçirilir.

Qax rayonu Ailə Sağlamlıq Mərkəzində immunlaşdırma prosesi ilə bağlı tibb işçiləri tərəfindən əhali arasında peyvəndin əhəmiyyəti barədə məlumatlandırma aparılır, uşaqların tam peyvəndlənməsinə xüsusi diqqət yetirilir. Monitorinqlər zamanı sanitariya qaydalarına riayət olunmasına nəzarət saxlanılır.

Balakən rayonunda Balakən Ailə Sağlamlıq Mərkəzi, İtitala kənd həkim məntəqəsi, Gülzənbinə tibb məntəqəsi və Qabaqçöl qəsəbə Ailə Sağlamlıq Mərkəzində  uşaqların peyvəndə cəlb olunması ilə əlaqədar  valideynlər ilə   maarifləndirici söhbətlər aparılıb.

Şəki rayonu Şin kənd məntəqəsi, Çələbixan qəsəbə tibb məntəqəsində “İmmunlaşdırma Həftəsi” çərçivəsində vaksinasiya tədbirləri intensiv şəkildə davam etdirilir. Rayon üzrə peyvəndlənmədən kənarda qalan uşaqların siyahısı hazırlanaraq onların immunlaşdırılması təmin olunur. Soyuq zəncir sisteminin düzgün təşkili diqqət mərkəzində saxlanılır.

Zaqatala rayonunda peyvəndlənmə ilə bağlı tədbirlər həyata keçirilir və əhali arasında maarifləndirmə işi gücləndirilir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə və Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, ölkə ərazisində keçirilən “İmmunlaşdırma Həftəsi” çərçivəsində regionlarda silsilə tədbirlərin keçirilməsi davam etdirilir.